Expressbank 2018-ci ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankın aktivlərinin həcmi 354 milyon 709 min təşkil edir. Bu isə keçən ilin eyni rübü olan I rüb göstəricisindən 13% , IV rüb göstəricisindən 22% çoxdur. Belə ki, 30.03.2017-ci il tarixində bankın aktivləri 290 milyon 626 min manat təşkil etsədə, ilin sonlarına yaxın yəni 31.12.2017-ci il tarixində 314 milyon 339 min manat təşkil edirdi.
Bankın kredit portfelinə gəldikdə isə, 2018-ci ilin I rübündə bu göstərici 189 milyon 751 min manat təşkil edib. Keçən ilin eyni rübü üzrə, yəni I rübü üzrə bu göstərici 171 milyon 949 min manat idi, həmin ilin son rübündə isə 167 milyon 608 min manat olub. İndiki göstərici 2017-ci ilin I rübündən 13% , IV rübdəki rəqəmdən isə 10% çoxdur.
Bankın 30.03.2017-ci il tarixindəki öhdəliklərinin həcmi 145 milyon 620 min manat təşkil edirdi, 31.12.2017 tarixində isə 170 milyon 23 min manat olub. İndiki göstərici 2017-ci ilin I rübündən 24%, IV rübündən isə 44% çox, yəni 210 milyo 22 min manat təşkil edir.
Bank cəlb olunan depozitlərinin həcmini keçən ilin eyni rübü olan I rübə nəzərən 86% artıraraq 182 milyon 168 min manata çıxardıb. 2017-ci ilin IV rübündəki göstərici indiki göstəricisindən 26% az, yəni 144 milyon 933 min manat idi.
2017-ci ilin IV rübü ilə müqayisədə bank öz kapitalının həcmi artıb, belə ki 31.12.2017 tarixində bank kapitalının həcmi 144 milyon 317 min manat idi. Keçən ilin eyni rübünə nəzər salsaq bu göstərici 145 milyon manat təşkil edirdi. 2018-ci ilin I rübündə bank kapitalının həcmi 144 milyon 687 min manat olub.
Bankın mənfəətinə nəzər salsaq, 2017-ci ilin I rüb göstəricisindən azdır. Belə ki, keçən ilin eyni rübündə 2 milyon 636 min olan bank mənfəəti hazırda 749 min təşkil edir.
Xəzər Aslanov. Banco.az