Evdən işləyən insanların məhsuldarlığı yüksək, əhval-ruhiyyəsi aşağıdır | Banco.az

Evdən işləyən insanların məhsuldarlığı yüksək, əhval-ruhiyyəsi aşağıdır

Tamara Mustafayeva, Banco.az

Banco.az Leadership IQ adlı araşdırma şirkətinin koronavirus pandemiyası dövründə məsafədən işləyən insanların motivasiya səviyyəsi haqqında həyata keçirdiyi tədqiqata əsasən xəbər verir ki, işçilərin 26 faizinin motivasiyası yüksək, ancaq əhval-ruhiyyəsi aşağıdır.

Belə ki, sözügedən araşdırma şirkətinin pandemiya dövründə məsafədən işləyən 31 min 664 nəfər üzərində apardığı araşdırmanın nəticəsinə görə, işçilərin 26 faizi çalışmaq üçün özlərini motivasiya edə bilsələr də, mövcud vəziyyətə görə, əsasən, qəmgin əhvalda olurlar.

Müsbətə doğru düşünmə işçi məsuliyyətini 30 faiz artırır.

Leadership IQ şirkətinin 11 min 308 insan üzərində həyata keçirdiyi işçi məsuliyyəti haqqındakı digər bir araşdırmada isə işçilərin icra etdikləri işi mənimsəməsindəki əsas amil kimi rəhbərlərin işçilərin uğurlarını təqdir etməsi müəyyən edilib. Belə ki, təqdir görən işçilərin çalışdıqları müəssisəyə və icra etdikləri işə olan bağlılığı digərlərinə nəzərən 21%  yüksək olur.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Evdən işləyən insanlar tənhalıqdan necə xilas ola bilər?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram