Həyat davamlılığının yüksəlməsi cəmiyyətin iqtisadiyyatına, səhiyyəsinə, əmək bazarına, sosial və mədəni faktorlarına ciddi təsir göstərir. Artıq bir neçə 10 ildir ki, yaşı 100-ə çatmış insanların sayı artır və onların sayı hal hazırda demək olar 500.000 nəfərdir. Onların arasında yaşı 100-ü də keçmiş şəxslər var. Onlar uzunömürlü sayılırlar və onların arasında 110 yaşı keçmiş insanlar da mövcuddur. Bu tendensiya artmaqda davam edəcək və artıq 21-ci əsrin sonuna kimi insanların müəyyən hissəsi 120-124 il yaşaya biləcək. Bəzi qrup insanlar isə ümumiyyətlə 130 il yaşama şansına sahib olacaqlar. Vaşinqton Universitetindən olan alimlər insan həyatının davamlılıq sərhədini incələmək üçün statistik modelləşdirmədən istifadə ediblər.
Müasir tibbi nailiyyətləri və 110 yaşına çatmış bəzi insanları nəzərə almaqla alimlər özlərinə sual veriblər ki, 2100-cü ildə insan həyatının maksimal müddəti nə qədər ola bilər? Uzunömürlü insanların beynəlxalq məlumatlar bazası əsasında alimlər 2020-ci ildən 2100-cü ilə kimi ABŞ, Kanada, Yaponiya və Avropanın 10 ölkəsi üzrə maksimal ölüm yaşını təyin ediblər. Müasir statistika alətlərindən birini istifadə etməklə alimlər təyin ediblər ki, dünya rekordu olan 122 yaş göstəricisi çox güman ki, geridə qalacaq və insanlardan biri 125-132 yaşına kimi yaşaya biləcək.
İnsanlardan kiminsə bu əsrdə 124 yaşına kimi yaşayacağı ehtimalı 99%, 127 yaşına kimi yaşayacağı ehtimalı isə 68% təşkil edir. 127 ildən daha çox yaşama da mümkündür. Lakin bu ehtmal daha kiçikdir. Kiminsə 132 yaşına çatacağı ehtimalı 13%-dir. Ondan daha az ehtimal isə kiminsə 135 yaşına kimi yaşamasıdır. Buna baxmayaraq uzunömürlü insanların ortaya çıxacaqları ehtimalı var və bu temp uzunömürlü şəxslərin say artımı üzrə yüksələcək. Bundan əlavə olaraq müəyyən yaşa çatandan sonra ölüm göstəriciləri eyni olur. Başqa sözlə desək, 110 yaşında olan şəxs ilə 114 yaşında olan şəxsin daha 1 il yaşama şansları eynidir.
technote.az
Bizi sosial şəbəkələrdən izləyin!!