Ən rahat banklar SEÇİLDİ | Banco.az

Ən rahat banklar SEÇİLDİ

“Forbes” və “Statista” marketinq şirkəti dünya üzrə birgə sorğu keçirib. Rəyi soruşulan 40 000 bank müştərisi bildirib ki, “ING Bank” və “Citi” ən rahat banklardır. Müştərilərin xidmətlərdən məmnunluğu və komissiya xərclərinin səviyyəsi ölçülüb. 23 ölkədən olan müştərilər “ING Bank”ı ən yaxşı bank adlandırıb. Baxmayaraq ki, sadəcə 13 dövlətdə fəaliyyət göstərir. “Citi” 6 ölkədən olan müştərilərlə ikinci yerdə qərarlaşıb. 

Hollandiyadan sadəlik 

“ING Group” 1966-cı ildə Hollandiyada bankomatları istifadəyə verən ilk bank oldu. Rəqiblər yalnız altı il sonra avtomat şəbəkəsini işə salmağa başladılar. 1997-ci ildə “ING Direct” quruldu,. Bank onlayn xidmətlər və əmanət hesablarına yüksək faiz dərəcələri tətbiq etməyə başladı. 2017-ci ildə “ING” bankın innovativ strategiyasını inkişaf etdirmək üçün fintech şirkətlərinə investisiya yatıran və 350 milyon dollarlıq sərmayəsi olan “ING Ventures” fondunu təsis etdi. 

Son 10 ildə beynəlxalq banklar böyük dəyişikliklər yaşayıb. Birləşmələr, son dərəcə aşağı faiz dərəcələri və onlayn xidmətlərə keçid bank sferasını alt-üst edib. Dəyişkən mühitə uyğunlaşmaq ehtiyacı banklar üçün yeni bir problemə çevrildi. Beynəlxalq kontekstdə bunu etmək isə daha da çətindir. 

Müxtəlif ölkələrdə müştəri davranışının bənzərliyi “ING”yə imkan verdi ki, bir ölkədə effektiv olan hər hansı təşəbbüsü başqa ölkələrdə də tətbiq etsin. Məsələn, ING Polşada müştərilərlə ünsiyyəti sadələşdirməyə və fərdiləşdirməyə imkan verən bir proqram hazırladı. Ölkədəki müştəri məmnuniyyəti səviyyəsi sürətlə artdı. Bank Almaniyada buna bənzər nəticələr verən “Say It Simple” yanaşmasını tətbiq etdi. 

Ən sərfəli kredit üçün müraciət et

“ING” hər iki ölkədə ən yaxşı banklar arasında birinci yeri tutub. Ümumiyyətlə, “ING” bank 8 ölkədə: Avstraliya, Avstriya, Belçika, Fransa, Almaniya, İtaliya, Polşa və İspaniyada ən qabaqcıl bankların siyasına daxil olmağı bacarıb. Ötən il ərzində “ING” 1,1 milyondan çox yeni fərdi müştəri cəlb edib. Hazırda 38,4 milyondan çox müştəriyə xidmət göstərir. 

Həmçinin oxu: Müştəri xidmətinin yüksək səviyyədə olması üçün 7 qızıl qayda 

Amerikadan rahatlıq 

“Citibank” maliyyə konsultasiyası və müştəri xidməti səviyyəsinə görə 6 ölkədə yuxarı pillələrdə dayanır. Məsələn, Meksikada 4-cü, Rusiyada 6-cı və s. 

“Citi” ABŞ-ın əsas bankları arasında böyük nüfuza malikdir. Lakin bu illər ərzində beynəlxalq şəbəkəsini optimallaşdırmağa yönəldilmiş bir sıra islahatlara məruz qalıb. Ona görə də 2012-ci ildəki kimi 40 ölkədə deyil, artıq sadəcə 19 ölkədə müştəri xidməti göstərir. Əsas etibarilə ABŞ, Meksika və Asiya-Sakit Okean bölgəsindəki banklarında filial əməliyyatlarını optimallaşdırılır. Bank məhsulları təkmilləşdirilir və aktivlərin idarə olunmasına investisiya qoyulur. “Citigroup” da “ING” kimi xidmətin mobilliyinə əhəmiyyət verir. 

Həmçinin oxu: Bank işçisi və bankir bir-birindən necə fərqlənir? 

Nigar Umaxanlı, Banco.az