Elon Musk ilk qənaətcil “Tesla Model 3”-ü təqdim edib | Banco.az

Elon Musk ilk qənaətcil “Tesla Model 3”-ü təqdim edib

“Tesla”-nın rəhbəri Elon Musk “Tesla Model 3” seriyasından olan ilk qənaətcil elektrokarın rəsmini öz Twitter səhifəsində paylaşıb.

Banco.az portalının məlumatına görə, Musk həmçinin bildirib ki, yeni buraxılan avtomobilin ilk “xoşbəxt sahibi” məhz o, özü olacaq, baxmayaraq ki, avtomobil “Technology Partners”dən olan investor tərəfindən sifariş edilib.

Kompaniya rəhbəri izah edib ki, bu avtomobil onun 46 yaşının tamam olması münasibəti ilə ad gününə hədiyyə olacaq. Qeyd edək ki, Musk öz ad gününü iyunun 28-də qeyd edib.

Daha öncə, iyulun 3-də Musk səhifəsində yeni qənaətcil Model 3 elektrokarının ilk nümunəsinin məhz Cümə günü, yəni iyulun 7-də tamamlanacağını bildirmişdir. Həmçinin o bildirib ki, bu növdən olan ilk 30 avtomobil öz sahibinə 28 iyulda qovuşacaq və daha sonra avtomobilin istehsalı həndəsi silsilə üzrə artacaq. Avqust ayında 100 maşın, sentyabrda isə artıq 1500 maşın buraxılmış olacaq. 

Ən sərfəli kredit üçün müraciət et

First Production Model 3 pic.twitter.com/TCa2NSUNI3

— Elon Musk (@elonmusk) 9 July 2017 

Könül Soltanova, Banco.az