Google ağıllı saatlar üçün yaratdığı Wear OS yeni funksiyası ilə istifadəçilərə əllərini tez-tez yumağı xatırladacaq.
Əl yuma xəbərdarlığını ağıllı saatlara gələcək Google Clock tətbiqində görə biləcəyik. Bu, Wear OS istifadə edən ağıllı saatlara şamil ediləcək. Yeni funksiya ilə istifadəçilərə 3 saatdan bir bildiriş göndəriləcək. Əl yumaq zamanı isə sayğac vasitəsilə 40 saniyəlik geri sayım başlanacaq. Bu funksiyanı istifadə etmək istəməyənlər isə onu ləğv edə biləcəklər.
Ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!