Elektron Hökumətin İnkişafı Mərkəzində yeni TƏYİNAT | Banco.az

Elektron Hökumətin İnkişafı Mərkəzində yeni TƏYİNAT

Banco.az xəbər verir ki, Emil Xəlilov “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin Hüquqi təminat və sənədlərlə iş departametinin rəhbəri təyin edilib.

Emil Xəlilov 2020-ci ilin iyunundan 2022-ci ilin yanvarınadək Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin üzvü – Hüquqi təminat departamentinin direktoru vəzifəsində çalışıb.

Bundan öncə bank sektorunda çalışmışdır.

2007-2012-ci illərdə “DəmirBank” ASC-də hüquqşünas, daha sonra Baş hüquqşünas vəzifələrində çalışmışdır.

2012-2018-ci illərdə “Expressbank” ASC-də böyük hüquqşünas, Korporativ Hüquq şöbəsinin müdiri və Hüquq departamentinin direktoru vəzifələrində işləmişdir.

Qeyd etmək istərdik ki, Emil Xəlilov korporativ idarəetmə sahəsində zəngin təcrübəyə malikdir.

Ən sərfəli kredit üçün müraciət et

Emil Xəlilov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.  

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram