Alimlər smartfon və ya rəqəmsal kameradan çəkilən fotoşəkilləri arılar, balıqlar və digər müxtəlif heyvanların gördükləri kimi dəyişə biləcək micaToolbox V2&QCPA adlı proqram tətbiqi yaratdılar.
Belə ki, onlar müxtəlif növ heyvan növünün gözü ilə görüntünün real simulyasiyasını əldə etməyə imkan verən pulsuz açıq proqram təminatı təqdim ediblər. MicaToolbox V2&QCPA-nın beta versiyası Emipirical Imaging səhifəsində mövcuddur.
İl ərzində elm adamları heyvanların bir-birindən müxtəlif xüsusiyyətlərini araşdırdılar. Nəticədə qabaqcıl avadanlıqlardan istifadə edərək onları birləşdirib böyük bir görüntü əldə etdilər.
Hazırda proqram ilk növbədə bioloqlara və ekoloqlara heyvanların bir-birlərini və ətrafı vizual olaraq necə gördüklərini anlamağa imkan verir.
Ted.az