Tamara Mustafayeva, Banco.az
Artıq yeni ilin astanasındayıq. Nahəyət bir gün sonra həyatımıza yeni ümidlərin, yeni başlanğıcların təməlini qoyacaq növbəti il daxil olacaq. Dünyanın hər yerində insanlar yeni ili möhtəşəm il olacağında dair ümidlə qarşılayırlar. Ancaq bu zaman icra edilən adət və ənənələr təbii ki, hər yerdə, hər ölkədə fərqlidir.
Banco.az sizin üçün ən fərqli yeni adətlərini araşdırıb təqdim edir. Bayramınız mübarək!
1. Kolumbiya
Kolumbiyada yeni il gecəsi əllərində çamadanla küçələrdə qaçışan insanları görmək çox adi haldır.
2. Yeni Zelandiya
Yeni Zelandiyada yeni ilə daxil olarkən hər kəs küçələrə çıxır və əllərindəki qazan və tavalarla mümkün qədər güclü səs salmağa çalışırlar.
3. İspaniya
İspaniyada gecə yarısı kilsə zəngləri çalarkən 12 üzüm dənəsi yemək adəti mövcuddur. Zəng səsi kəsilənə qədər insanlar on iki üzüm dənəsinin hamısını yeyib bitirməli olduqları üçün adətən yeni ilə ağızları üzüm dolu daxil olarlar.
4. Yaponiya
Yaponiyalılar saat 00:00 olduğu zaman qəhqəhə çəkməyə başlayırlar.
5. İngiltərə
İngilislər hər il yeni il gecəsi nifrət etsələr belə Jools Holland-ın “Hootenanny” yeni il televiziya şousunu izləyirlər.
6. Çili
Çilidə evi içəridən çölə doğru süpürsəniz, köhnə ilin mənfi enerjisini də atmış hesab olunursunuz.
7. Danimarka
Danimarkada yeni ilə şanslı girmək üçün insanlar evlərinin önündə boşqab sındırırlar.
8. Braziliya
Braziliyada mənfi ruhları uzaqlaşdırmaq üçün bəyaz libas geyinməlisiniz.
9. Niderland
Niderlandda köhnə ilin bütün pis anlarını və ruhlarını yox etmək üçün küçələrdə tonqal qalayır və yeni il üçün bəzədilən şam ağaclarını bu tonqala atırlar.
10. Cənubi Afrika
Cənubi Afrikada köhnə elektronika avadanlıqları pəncərədən çölə atılır.
11. Panama
Panamada yeni il gecəsi məşhurların “muneco” adlandırılan və mənfi ruhları təmsil etdiyinə inanılan kuklaları yandırılır.
12. Boliviya
Boliviyalılar yeni il üçün hazırladıqları şirniyyatların içində “şans pulu” adlandırdıqları dəmir qəpikləri gizlədirlər. Bu pullar kimin şirniyyatından çıxsa, yeni ilin həmin insana şans gətirəcəyinə inanılır.
13. Estoniya
Estoniyalılara görə, yeni il günü 7 dəfə yemək yeyənlər yeni ili bolluq içində keçirirlər. Boşqabdakı yeməyin hamısını bitirmək isə məcburi deyil, hətta boşqabda yemək saxlamağın əcdadlarının ruhları üçün yaxşı olduğuna inanırlar.
14. Şotlandiya
Şotlandiyada saatlar gecə yarısını göstərdiyində insanlar sevdiklərinin evinə ilin “ilk ayaq basanı” olmaq üçün bir-birləri ilə yarışırlar. İlk ayaq basdıqları evə isə pul, çörək, duz, kömür, viski kimi hədiyyələr aparırlar.
15. Rusiya
Rusiyada insanlar yeni ildən gözləntilərini kiçik kağızlara yazır və sonra bu kağızları yandırırlar, küllərini isə içi şampan dolu badələrə töküb içirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!