Dünyanın ən məşhur geyim brendləri açıqlandı | Banco.az

Dünyanın ən məşhur geyim brendləri açıqlandı

Moda dünyasına daha çox təsir göstərən ən məşhur geyim markaları və insanlarının siyahısı dərc edilib. 

Reytinq “Highsnobiety” portalının və moda sənayesində istehlakçının davranışının təhlili üzrə ixtisaslaşan “Lyst” platformasının birgə tədqiqatının nəticələri əsasında hazırlanıb.

Beləliklə, reytinqdə “Jacquemus”, “Salomon”, “Stand”, “Fear Of God” və “Peter Do” kimi bredlər yer alıb, dəbə təsir göstərən insanların siyahısında isə rusiyalı müğənni Katya Kişuk, “Eyforiya” serialının aktrisası Hanter Şafer (Hunter Schafer), “TikTok”un ulduzu Çarli Damelio (Charli D'Amelio) və reper “Slowthai” və başqaları yer alıblar.

Qeyd olunur ki, hər bir kateqoriya üzrə müvafiq olaraq 250 və 300 namizəd olub, liderlərin müəyyən edilməsi üçün isə xüsusi hazırlanmış mexanizm istifadə olunub. Belə ki, xüsusi proqramlar vasitəsilə “Google”da, sosial şəbəkələrdə şirkətlərin və məşhurların adlarına olan sorğuların, eləcə də mətbuatda, bloqlarda və şərhlərdə onların adlarının çəkilmə sayı hesablanıb.

Finalçıları Moskvadakı KM20 mağazasının təsisçisi Olqa Karput, stilist Markus Pol  (Marcus Paul), “Interview” jurnalının kreativ direktoru Mel Ottenberq (Mel Ottenberg) və “Highsnobiety”nin baş direktoru Kristofer Morensi (Christopher Morency) seçiblər.

Ən sərfəli kredit üçün müraciət et

oxu.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram