Dünyanın ən güclü 5 qadını | Banco.az

Dünyanın ən güclü 5 qadını

“Forbes” jurnalı hər il dünyanın ən güclü qadınlarının siyahısını təqdim edir. Bu dəfəki siyahıda da 100 ən güclü iş qadınının adı yer alıb. İndi o qadınlardan beşini daha yaxından tanıyaq.

Mary Barra
Amerikan avtomobil istehsalçısı General Motorsun (GM) direktoru olan bu xanım siyahıdakı ilk yerə sahiblik edir. 52 yaşlı Mary Barra bu şirkətdə adi elektrik mühəndisi kimi fəaliyyətə başlamasına baxmayaraq, direktor vəzifəsinə qədər yüksəlməyi bacarıb. İndi bir çox kişinin həsrətində olduğu güc sahibidir.

Virginia Rometty
Informasiya nəhəngi olan IBM dünyadakı ən varlı şirkətlərdən hesab edilir. Onun birjadakı dəyəri 200 milyard dollardır. Bu şirkəti 2012-ci ildən bəri Virginia Rometty idarə edir. Romettynin başlıca hədəflərindən biri dünya bazarına inteqrasiyadır. Onun əsas məqsədi xüsusən də Afrikada “hakimiyyəti” ələ almaqdır.

Indra Nooyi
Amerikan şirkəti PepsiCo dünyanın ən böyük ikinci qida istehsalçısıdır. 2006-cı ildən etibarən bu şirkətə Indra Nooyi rəhbərlik edir. Nooyinin direktor kimi uğurlu işlərinin sayəsində hər keçən il şirkətin sahib olduğu məbləğin dəyəri daha da artır. Nooyinin rəhbərlik etdiyi illər ərzində şirkətin ABŞ xaricindəki satışları ikiqat artıb. Hindistanda doğulan, iqtisadiyyat üzrə təhsil alan bu lider qadın eyni zamanda idarəçilik üzrə də təhsil alıb.

Ən sərfəli kredit üçün müraciət et

Maria das Gracas Silva Foster
Artıq 24 ildir ki, ən böyük təbii qaz və enerji istehsalçısı olan “Petrobras” şirkətində çalışan Maria das Gracas Silva Foster bir enerji şirkətinə liderlik edən ilk qadın idarəçidir. Müxtəlif sahələr üzrə təhsil alan 60 yaşlı bu brazilyalı qadın ixtisasca həm yaxşı kimyaçı, həm nüvə texnologiyaları mütəxəssisi və iqtisadçıdır.

Ellen J. Kullmann

Təxminən 80 ölkədə fəaliyyət göstərən, dünyada kimya sənayesi sahəsindəki ən böyük şirkətlərdən hesab edilən “Dupont”a Ellen Kullman rəhbərlik edir. Şirkətin başına keçdikdən sonra o demək olar ki, bu müəssisəni yenidən yaradıb. Bunun nəticəsində də şirkətin beynəlxalq bazarlardakı təsiri onun hakimiyyəti dövründə daha da yüksəlməyə başlayıb.