Dünyanın ən çox səyahət edilən ilk 10 şəhəri! | Banco.az

Dünyanın ən çox səyahət edilən ilk 10 şəhəri!

Forbes 2014-cü il üzrə ən çox səyahət edilən ilk 10 şəhərin siyahısını təqdim edir :

  1. London. Daha çox biznesmenlər üçün cəlbedici şəhər olmasına baxmayaraq, London  ziyarətçilərin sayının 8% artımı ilə ilk sırada gəlir.
  2. Banqkok. Siyasi iğtişaşlar Tayland turizminə mənfi təsir göstərdi. Nəticə etibarilə Banqkok bir sıra geriyə düşmüşdür. Belə ki, turistlərin sayında 11% azalma müşahidə olunub.
  3. Paris. Turistlərin sayında yalnız 1,8% artım olsa da, Paris hələ də turistlərin sevimli şəhəri olaraq qalmaqdadır.
  4. Sinqapur. 5 milyona yaxın əhalisi olan şəhərə ötən il üzrə turistlərin sayı 3,1% artmışdır. Sinqapurda Hind, Çin və Malay kimi müxtəlif mədəniyyətlərın qarışığı olsa da, İngilis dili aparıcı dil olaraq qalır.
  5. Dubay. Orta Şərqin ticarət paytaxtı adlandırılan Dubay turist say

    Ən sərfəli kredit üçün müraciət et

    ının artımı ilə diqqəti çəkir. 2013-cü ildə 10,9%,  2014-cü ildə 7,5% artım müşahidə olunub.
  6. New York. London kimi New York da turistlərin daim diqqətini cəlb edir. Məhz şəhərin gecə əyləncələrinə xərclənən miqdar 18,57 milyon ABŞ dolları həcmindədir.
  7. İstanbul. İstanbul Aya Sofya məbədi kimi tarixi abidələri ilə turistlər üçün vazkeçilməz şəhərlər biridir. Yaxın illərdə İstanbulun turistlərin sayının artımı baxımdan Sinqapur, Nyu-York və Parisi keçəcəyi proqnozlaşdırılır.
  8. Kuala-Lumpur. Turistlərin sayına görə, İlk 10 Asiya-Sakit Okean regionu ölkələri arasında 3-cü yerdə olan Kuala-Lumpurda turistrlərin sayı 10 milyona yaxındı.
  9. Honkonq. Bu əzəmətli liman şəhərə turistlərin sayının 8 milyondan çox olması gözlənilir. Belə ki, Honkonq dünyanın üçüncü ən bahalı şəhəridir.
  10. Seul. Turistlərin xərclədikləri pullar vasitəsilə Seul iqtisadiyyatı daha da inkişaf edir. Belə ki, 2013-cü ildəki gəlirdən 6.3% artımla, 2014-cü ildə daxil olan gəlirin 11.5 milyon ABŞ dolları olması gözlənilir.