Tamara Mustafayeva, Banco.az
Ötən məqalələrimizdən birində xəbər verdiyimiz kimi, Çinin texnologiya nəhəngi Huawei aprel ayında ilk dəfə Samsung şirkətini geridə qoyaraq dünyanın ən böyük smartfon istehsalçısı olmuşdu. Şirkət indi isə dünyadakı ən böyük mağazasının açılışını həyata keçirib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Şanxay bölgəsinin Nankin şəhərində 5000 kvadratmetr sahəsi olan bir ərazidə açılan mağazaya tarixi və mədəni dəyəri saxlanılmaqla müasir üslubda yenidən dizayn edilmiş Nankin Binası ev sahibliyi edir.
Dünən (24 iyun) açılışı həyata keçirilən bu yeni mağaza şirkətin bu vaxta qədərki ən böyük mağazası hesab edilir. 500-dən çox məhsulun yerləşdirildiyi mağaza 10 müxtəlif dildə xidmət göstərən 200-dən çox müştəri təmsilçisi ilə fəaliyyətə başlayıb.
Huawei İstehlakçı Elektronikası Qrupunun CEO-su Riçard Yu, "Huawei hər zaman istehlakçılarla yaranan münasibətə və qarşılıqlı əlaqəyə xüsusi əhəmiyyət verib. Bizim münasibətimiz təkcə alıcı-satıcı münasibəti deyil. Müştərilərimizlə daha güclü bağımız var. Bu yeni mağazamız müştərilərlə istehsalçıların bir araya gələcəyi xüsusi bir platformadır. İstifadə etdiyimiz mükəmməl süni intellekt mərkəzi ilə müştərilərimizə süni intellekt və əşyaların interneti texnologiyalarına dair əvəzsiz təcrübə imkanı yaradacağımızı düşünürük", deyə bildirib.
Həmçinin oxu: Huawei və təsisçisi Ren Zhengfei-nin uğur hekayəsi
Bizi sosial şəbəkələrdən izləyin!!