Dünyanın ən bahalı dondurması bəlli olub | Banco.az

Dünyanın ən bahalı dondurması bəlli olub

Müəllif - Aida İsaq, Banco.az

Dünyanın ən bahalı dondurması bəlli olub. 

Banco.az xəbər verir ki, “White Night” adlı məhsul Yaponiyanın "Cellato" şirkətinə məxsusdur. “Ginnesin Rekordlar Kitabı”na düşən dondurmanın bir porsiyası üçün 6 min 380 dollar (880 min yen) ödəmək tələb olunur. Əsl adı “Byakuya” (yapon dilində bəyaz gecə deməkdir) olan dondurmanı fərqləndirən özəllik isə onun tərkibində istifadə olunan inqridiyentlərdir.

Yeməli qızıl yarpaqla servis olunan dondurma İtaliyanın Alba şəhərində istehsal olunan ağ truffledən hazırlanır. Təkcə bu trufflenin qiyməti 1 kq üçün 14 min 500 dollardır. Üzərində qızıl yarpaqdan başqa iki növ pendir və “Sakekasu” var. 

Qeyd edək ki, şirkət istədikləri dadı əldə etmək üçün 1,5 il ərzində bir çox təcrübələri sınaqdan keçirdiklərini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram