Cənubi Koreyada yerləşən “Woori Bank” beynəlxalq pul köçürülmə əməliyyatlarında Ripple ilə əməkdaşlıq edəcəyini açıqlayıb. Bazarın ən qabaqcıl kriptovalyutalarından olan Ripple istifadəçilərə asan xidmətlər təklif edən və sürətli ödəniş infrastrukturuna sahib platformadır.
“Woori Bank”-ın nəzdində fəaliyyət göstərən Rəqəmsal Strategiya Departamenti anvar ayından etibarən həyata keçirilən “əməliyyatların reallaşdırma testlərini” uğurla başa çatdırdı.Bu təcrübədən müsbət nəticələr əldə edən bank Ripple texnologiyasını dünya müstəvisində həyata keçiriləcək pul köçürmələri əməliyyatlarına tətbiq etməyi düşünür.
Bank tərəfindən həyata keçirilən bu təcrübələr Yaponiyada əsaslı bir layihə çərçivəsində həyata keçirildi. Aralarında “SBI Group” kimi Yaponiyanın aparcı şirkətinin olduğu 37 müxtəlif təşkilat Ripple-ın pul köçürmələri testinə daxil oldu.
Böyük əksəriyyəti Blockchain texnologiyasına əsaslandırılan pul köçürmələrinə olan maraqları ilə tanınan bu qurumların əksəriyyəti Yaponiyada yerləşən banklardır. Beynəlxalq ödənişlərdə alternativlər axtaran banklar Ripple şəbəkəsinin infrastrukturunun “yaxşı hazırlanmış” olduğunu qeyd edirlər.
Cənubi Koreyanın ikinci ən böyük bankı olan “Shinhan” da bu banklarla eyni mövqedədir.
“Woori Bank”-ın rəsmiləri tərəfindən mövzu ilə bağlı aşağıdakı açıqlama verilib:
“Test prosesindən əldə edilən nəticələr uğurlu olduğu üçün Yaponiyadakı bir çox bankın bu layihə ilə maraqlandığını söyləyə bilərik. Hətta böyük banklardan bir neçəsi tətbiq etməyə hazırlaşır”.
Şirkətin kriptovalyutası XRP yanvarda öz rekordunu yeniləyərək Ethereum-un bazar dəyərini geridə qoymuşdu. Ancaq sonra XRP böyük eniş yaşadı. Buna baxmayaraq, ötən ay Ripple üçün yaxşı keçdi.
Fevralda şirkət beynəlxalq transfer platforması “Western Union” müqavilə bağlamışdı. Buna görə, “Western Union” tərəfindən ediləcək beynəlxalq pul köçürmələri Ripple texnologiyası ilə daha sürətli və ucuz olacaq.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.