Dünyanın aparıcı mərkəzi banklarının rəhbərləri görüş keçirəcək | Banco.az

Dünyanın aparıcı mərkəzi banklarının rəhbərləri görüş keçirəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın böyük mərkəzi banklarının rəsmiləri Cekson Hol İqtisadi Siyasət Simpoziumunda bir araya gələcəklər.

Banco.az xəbər verir ki, qlobal bazarlarda inflyasiya narahatlıqlarının yavaş-yavaş yerini tənəzzül qorxusuna buraxdığı bir vaxtda dünyanın əsas mərkəzi banklarının rəsmiləri Cekson Hol İqtisadi Siyasət Simpoziumunda bir araya gələcək.

1978-ci ildən ABŞ Federal Ehtiyat Sisteminin (FED) Kanzas Siti filialının ev sahibliyi etdiyi Cekson Hol İqtisadi Siyasət Simpoziumu bu il avqustun 22-24-də baş tutacaq. ABŞ-ın Vayominq ştatının Cekson Hol şəhərində keçiriləcək simpoziumda uzunmüddətli siyasət məsələlərini həll etmək üçün mərkəzi bank rəhbərləri, iqtisadçılar, maliyyə bazarı iştirakçıları, akademiklər və hökumət nümayəndələri bir araya gələcək.

“Mərkəzi bank rəhbərlərinin Davosu” sayılan simpoziumun builki mövzusu “Pul siyasətinin effektivliyi və ötürülməsinin yenidən qiymətləndirilməsi” olacaq.

Ən sərfəli kredit üçün müraciət et

İnkişaf etmiş ölkələrin mərkəzi banklarının yüksək inflyasiya ilə mübarizəsindən sonra faiz dərəcələrinin azaldılması proseslərinin və hələ də faiz dərəcələrini aşağı salmağa başlamamış dünyanın ən böyük iqtisadiyyatına sahib ABŞ-da tənəzzüllə bağlı narahatlıqların bazarların diqqət mərkəzində olduğu bir dövrdə smpoziumun əsas məqamı FED sədri Cerom Pauelin çıxışı olacaq. Pauelin burada verəcəyi mesajlarda bankın faiz endirimləri ilə bağlı daha çox ipucu axtarılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et