Dünyadakı ən yaxşı pensiya sistemləri açıqlanıb | Banco.az

Dünyadakı ən yaxşı pensiya sistemləri açıqlanıb

Mərkəzi ofisi Avstraliyada yerləşən “Melbourne Mercer” şirkətinin hər il hazırladığı “Qlobal pensiya indeksi 2020” hesabatı yayımlanıb. Hesabata əsasən, ən yüksək yerləri Niderland və Danimarka tuturlar. Bu ölkələrin pensiya sistemləri “etibarlı, dayanıqlı və mənfəət gətirən pensiya sistemi” kimi qiymətləndirilib.
Reytinq sıralamasına ümumilikdə 39 ölkənin adı düşüb. Onların təxminən yarısında koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq göstəricilərin pisləşdiyi, gəlirlərin və yığılan sosial sığorta haqlarının azaldığı, dövlət xərclərinin isə artdığı vurğulanıb. Hesabat məruzəsinin müəllifi Devid Noks bildirib: “İndiki prosesin gələcəkdə pensiyalarda özünü göstərməsi qaçılmazdır: bəzi insanlar daha çox işləməli, bəziləri isə pensiyaya çıxanda daha aşağı həyat səviyyəsi ilə kifayətlənməli olacaqlar”.

Reytinqdə ABŞ 18-ci pillədə olub. İnkişaf etmiş iqtisadiyyata malik ölkələr arasında pensiya sistemi ən pis olan ölkə Yaponiya hesab edilib – ekspertlərin qiymətləndirməsinə görə Yaponiya 32-ci sıradadır. Rusiyanın daxil edilmədiyi reytinq sıralamasında sonuncu üç yeri Türkiyə (37) Argentina (38) və Tailand (39) tutub.

Ən sərfəli kredit üçün müraciət et

vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram