Dünyadakı ən qəribə yol hərəkəti qaydaları | Banco.az

Dünyadakı ən qəribə yol hərəkəti qaydaları

Düşünürsünüz ki, yol hərəkəti qaydalarını bildikdə və avtomobil idarə etmək hüququnuz varsa, bütün dünyada yol polisindən çəkinmədən rahat səyahət edə bilərsiniz? Bəzi ölkələrdə elə qəribə yol hərəkəti qaydaları var ki, heç birimizin ağlına da gəlməz!

Beləliklə, maraqlı yol hərəkəti qaydalarından bir neçəsini sizə təqdim edirik:

9. Danimarka: Avtomobili işə salmazdan əvvəl sürücü maşının altına baxmalıdır. Danimarka qanunlarına görə sürücü avtomobili sürməzdən əvvəl əmin olmalıdır kİ, avtomobilin altında hansısa canlı yoxdur.

8. Pensilvaniyada sürücülər hər 10 metrdən bir avtomobili dayandırmalı olurlar. Bu, xüsusən də Pensilvaniyanın kənd bölgəsində avtomobil idarə edərkən yoldan mal-qara keçirsə, baş verir.

7. Memfis və Yeni Orlean: Əgər sürücü qadındırsa, maşının önündə əlində qırmızı bayraq tutmuş bir kişi getməlidir. Amerikadan maraqlı cinsiyyət təzahürü: qırmızı bayraqlı kişi qadın sürücünü müşaiyət edir. Fikrimcə, bu, siyahıda olan ən qeyri-adi qanundur.

6. Alabama: Gözüqapalı vəziyyətdə avtomobil idarə etmək qadağandır. Bəli, bu qadağa Alabama ştatının qanunvericiliyində ayrıca göstərilib. İstər-istəməz belə bir ehtiyacın haradan yarandığını düşünməyə başlayırıq ki, görəsən, kimsə gözündəki sarğını çıxartmağı unudub və sükan arxasına əyləşib?

5. Alyaska: iti maşının damına bağlamaq qadağandır. Yenə sual yaranır: yəni kimsə bunu etməyə cəhd göstərib? Axı bu o qədər də uğurlu yol deyil. Bəlkə, avtomobilin kabinində getmək itin ürəyini bulandırıb?

Ən sərfəli kredit üçün müraciət et

4.Florida ştatında isə filin park edilməsi ödənişlidir. Qəribə səslənir, elə deyilmi? Nəqliyyat vasitəsi kimi fildən istifadə edirsinizsə, onu pulsuz park edə biləcəyinizə ümid etməyin. Floridada bunun üçün sizdən ödəniş tələb ediləcək.

3.Tennessi və Kaliforniya: Avtomobilin içindən balinadan başqa hansısa heyvana atəş açmaq qadağandır. Bilirsiniz ki, amerikalılar avtomobil qədər silahı da sevirlər. Amma bu iki zövqü eyni məqamda yaşamaq onlara nəsib olmayacaq. Ən azı iki ştatda bunu edə bilməyəcəklər.

2.Rusiyada çirkli maşın idarə etmək qadağandır. Rusiyanın iki bəlası var: həm yollar çirklidir, həm də çirkli avtomobil idarə etmək qadağandır. Ancaq rusların bu qaydaya əməl etmələri çox da hiss olunmur.

1.Kaliforniyada avtomobil 105 km/saatdan yüksək sürətlə hərəkət edirsə, ondan tullanmaq qadağandır. Əslində, bu qanunun da mənbəyi bəlli deyil. Ancaq qanun qanundur: saatda 105 km sürətlə hərəkət edən avtomobildən digərinə tullanmaq qadağandır. Amma sürət daha azdırsa – irəli! İstənilən halda dəbilqə geyinməyi unutmayın!.

Ted.az

 

 

 Bəs siz bu qanunlardan hansının ölkəmizdə tətbiq olunmasını istəyərdiniz?