Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının təhlükə qarşısında olmasına dair xəbərdarlıq edib.
Fondun direktoru Kristina Laqard deyib ki, bu il siyasi liderlər Avropa və dünyada iqtisadi börhanın qarşısını almaq üçün müəyyən lazımi tədbirlər görməlidirlər. Laqardin sözlərinə görə, əsasən, neftin qiymətində müşahidə olunan ucuzlaşma yaranacaq problemlərin səbəblərindən biridir. Eyni zamanda, qazın qiymətində ucuzlaşma 19 Avrozona ölkəsini daha ciddi problem qarşısında qoyacaq.
Beynəlxalq Valyuta Fondu, bəzi ölkələr dolların möhkəmlənməsi, pul axınlarının istiqamətinin dəyişməsi, xalis qızılın qiymətinin və birja aktivlərinin düşməsi ilə əlaqədar böyük risk qarşısında olduğunu bildirir.
anspress.com