Dünya Bankı təhsil sahəsindəki vəziyyəti araşdırır. | Banco.az

Dünya Bankı təhsil sahəsindəki vəziyyəti araşdırır.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyanın prezidenti Məmməd Musayev Dünya Bankının baş mütəxəssisi  Sachiko Kataoka ilə görüş keçirib. Tədbirin təşkilində əsas məqsəd Dünya Bankının Azərbaycanda təhsil sahəsindəki mövcud vəziyyəti araşdırması  ilə əlaqədar  bu  layihənin həyata keçirilməsinə dəstəkdən ibarət   olub.

ASK-nın prezidenti M.Musayev  qonağa ölkəmizdəki peşə və ali təhsil sahəsində və onların biznes təşkilatları ilə əlaqəsi haqqında ətraflı məlumat verib. Dünya Bankının bu sahə ilə maraqlanmasını təqdirəlayiq hal hesab edən M.Musayev konfederasiyanın tərkibində peşə təhsili komissiyasının fəaliyyət göstərdiyini qonağın diqqətinə çatdırıb. Bildirib  ki,  dövlət tərəfindən xeyli iş görülsə də, hal-hazırda bu sahədə müəyyən çatışmazlıqlar mövcuddur. Belə ki, müasir dövrün tələbinə uyğun əyani vəsaitlərin olmaması, biliklərin təcrübədə tətbiq edilməsi bu sahədə müəyyən nöqsanlara yol açır. ASK-nın prezidenti bununda əsas səbəbinin  kadrların vaxtilə sovet iqtisadiyyatına uyğun  hazırlanmasında gördü. 22 ildir müstəqillik qazanmağımıza baxmayaraq hələ də biznes sektorunda ixtisaslı kadrlara təlabat yüksəkdir. M.Musayev qeyd edib ki, artıq strategiya dəyişib, indi ölkəmizdə iqtisadiyyatın bütün sahələri inkişaf edir. Bu səbəbdən də həm ali, həm də peşə təhsilli kadrlara təlabat artır.

Ən sərfəli kredit üçün müraciət et

Dünya Bankının  baş mütəxəssisi  Sachiko Kataoka isə bildirib ki, onun ölkəmizə səfəri də məhz bu məqsədə xidmət edir. İlk mərhələdə ölkəmizdə ali və təhsil sahəsini araşdıracağını deyən qonaq Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşlər keçirdiyini, bu sahədəki ehtiyacları öyrənərək  müvafiq layihə hazırlayacaqlarını xəbər verdi. Dünya Bankı hal-hazırda bu layihə üzərində işləyir. ASK ilə əməkdaşlıq edəcəklərini deyən qonaq konfederasiyanın təcrübəsindən yararlanacaqlarını da istisna etmədi.