DSMF elektron xidmətlərindən ən çox istifadə olunan dövlət qurumlarının sırasındadır | Banco.az

DSMF elektron xidmətlərindən ən çox istifadə olunan dövlət qurumlarının sırasındadır

Dövlət Sosial Müdafiə Fondu may ayında “Elektron hökumət” portalı üzərindən elektron xidmətlərindən ən çox istifadə olunan dövlət qurumları arasında ilk yerlərdə qərarlaşıb.

Bu haqda Banco APA-ya istinadən xəbər verir.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, bu ilin may ayı ərzində DSMF-nin rəsmi internet informasiya ehtiyatı, “Elektron hökumət” və “Hökumət Ödəniş Portalları” üzərindən təqdim olunan elektron xidmətlər üzrə ümumilikdə 315 178 istifadə sayı qeydə alınıb. Həmin müddətdə fondun ən çox istifadə olunan elektron xidmətləri sırasında “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” və “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin  təqdim edilməsi” xidmətləri yer alıb.

Ən sərfəli kredit üçün müraciət et