Doğru investisiya ilə daha çox qazanın | Banco.az

Doğru investisiya ilə daha çox qazanın

Hal-hazırda pulu nəyə yatırmaq, necə dəyərləndirmək, buna məntiqli qərar vermək olduqca çətindir. İndi yaşadığımız rəqəmsal əsrdə investisiya qoyuluşu haqqında heç bir məlumat çatışmazlığı yoxdur. Ancaq informasiyanın həddindən artıq çoxluğu da problem yarada bilir.

Bu yazı sizə investisiya qoymaqda, pulunuzu dəyərləndirmədə kömək edəcək. Bu məqaləni, maliyyə məqsədlərinə çatmaq, artıq investisiya qoymağa başlamaq istəyənlər üçün mükəmməl bir qaynaq hesab edə bilərik. Yazı hərtərəfli, lakin mürəkkəb olmayacaq şəkildə hazırlanmışdır.

Bu yazı vasitəsi ilə investisiya qoya və özünüzə gələcək üçün maddi qaynaq yarada bilərsiniz.

Pulu hara yatırmaq lazımdır?

İnkar edilməzdir ki, hər hansı bir əmtəəyə, şirkətin bir hissəsinə pul yatıranda, yatırdığınız aktivin dəyərinin yüksələcəyinə inanırsınız.

Faiz dərəcəsi, sizə doğru invesitisiya qoymağı təmin etməklə yanaşı, həmçinin çox az pul yatırdığınız təqdirdə sonradan böyük sərvətə sahib olma imkanı da təqdim edir.

Pulunuzu hara yatırmalı olduğunuz barədə çox sayda seçiminiz var. Bu seçimlərə aşağıdakılar daxildir:

1. Birja

İnvestisiya qoymaq üçün ən çox yayılmış, mübahisəli və ən faydalı yer birjadır. Səhm aldığınız zaman səhmin aid olduğu şirkətin kiçik bir hissəsinə sahib olacaqsınız. Şirkət mənfəət əldə etdikdə, bu mənfəətin bir hissəsini dividend şəklində sizə ödəyir.

Zamanla şirkətin dəyəri artıqda, sahib olduğunuz səhmlərin qiyməti də artacaq. Bu zaman səhminizi daha aşağı qiymətə almanıza baxmayaraq, yüksək qiymətə sata bilərsiniz.

2. İnvestisiya istiqrazları

İstiqraz alarkən, bir şirkətə və ya hökumətə mahiyyət etibarilə pul borc verirsiniz. Sizə istiqraz satan hökumət və ya şirkət, sonra istiqrazın ömrü boyu sizə “kredit” üzrə faizlər ödəyəcək.

İstiqrazlar səhmlərə nisbətən “daha az riskli” hesab olunur, lakin onların sizə qazandıracağı pul da səhmlərlə müqayisədə aşağıdır.

Ən sərfəli kredit üçün müraciət et

3. Qarşılıqlı fondlar

Qarşılıqlı fondlar sayəsində siz, bir səhm almaq əvəzinə, səbət şəklində birdən çox səhm alırsınız. Qarşılıqlı fonddakı səhmlər adətən qarşılıqlı fond meneceri tərəfindən seçilir və idarə olunur.

Lakin bu menecerlər, qarşılıqlı fondlara investisiya qoyduqda, bunun əvəzi olaraq sizin qazancınızdan müəyyən faiz nisbətində bir haqq əldə edirlər.

4. Əmanət hesabları

Bu günə qədər pulunuzu yatırmağın ən az riskli yolu və bəlkə də ən pis yolu onu bir əmanət hesabına qoymaq və faiz toplamağa imkan verməkdir. Lakin artıq bilirik ki, aşağı risk həmçinin aşağı gəlir deməkdir. Buradan qazanacağınız pul çox aşağıdır.

Yenə də əmanət hesabları investisiya qoyma rolunu oynayır.

5. Fiziki mallar

Fiziki mallar, qızıl və ya gümüş kimi fiziki olaraq sahib olduğunuz investisiyalardır. Bu fiziki mallar çox vaxt ağır iqtisadi dövrlərə qarşı təminat rolunu oynayır.

markzone.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram