Araşdırma: Gülnar Əhmədli, Banco.az
Bu məqalədə bankların öz vəsaitləri hesabına verdiyi ipoteka kreditlərinin şərtləri barədə məlumat hazırlamışıq. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına verilən kreditlərdə bir sıra məhdudiyyətlər olduqda bankın öz vəsaiti hesabına verdiyi ipoteka kreditlərindən yararlana bilərsiniz.
Daxili ipoteka krediti müştərilərə daha əlçatan şərtlərlə bankın öz vəsaiti hesabına mənzil və ya fərdi yaşayış evi əldə etmək imkanı verir. Qeyd edək ki, hazırda daxili ipoteka krediti verən bankların sayı azdır.
Həmçinin oxu:
- İpoteka kreditlərinin şərtləri barədə ətraflı məlumat üçün keçid edin: Şərtlər
- Kreditlərin verilməsi üçün tələb edilən sənədlər barədə məlumat üçün keçid edin: Sənədlər
Daxili ipoteka krediti verən banklar "ABB", "Xalq Bank", "Kapital Bank", "Bank VTB" və "Ziraat Bank Azərbaycan"dır. Bankların partnyor olduğu şirkətlər isə aşağıdakılardır:
"ABB": Bankın əməkdaşlıq etdiyi tikinti şirkətləri Kristal Abşeron, Melissa Group, Avant Group MTK, Azəri Tikinti, Fatima-B, Fədək MTK, Grand Plaza MTK, Malibo, Nardaran İnvest MMC (Sea Breeze), Nobel-A MTK, Guvenli Servis Managament MTK, Park Xırdalan, Xalq City MTK, Xəzər İnşaat XXI əsr MTK-dır.
"Xalq Bank": Bankın ipoteka partnyorları Greenville Residence, Star Life Residence, Mirvari City, Şəhər İncisi, Çinarlı Park, Eleven Park, BCR Xətai, Central Towers, BCR Olimpik, Lake City by Minera və Bağça Şəhər-dir.
"Kapital Bank"ın ipoteka partnyorları: Partnyorlar
"Bank VTB"dən ipoteka krediti əldə etmək üçün filiala yaxınlaşaraq daha ətraflı məlumat əldə edə bilərsiniz.
Qeyd edək ki, "TuranBank" tərəfindən verilən daxili ipoteka kreditində "Prestij MTK"-dan evlər təklif olunur. Maksimal müddət 15 ildir, illik faiz dərəcəsi isə 12%-dən başlayır. Ətraflı cədvəldə:
Bizi sosial şəbəkələrdən izləyin!!