Daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında azalma baş verib | Banco.az

Daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında azalma baş verib

May ayında üç icbari sığorta növü üzrə 14,639 müqavilə bağlanmışdır.

Banco İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, 2015-ci ilin may ayında daşınmaz əmlakın icbari sığortası üzrə 14 294, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 333, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 12 sığorta müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 2 133 169 AZN, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 23 340 AZN, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 1 404 AZN təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 8,5% azalma, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında da 2,9% azalma, sərnişinlərin icbari fərdi qəza sığortası müqavilələrinin sayında isə 57% azalma müşahidə edilmişdir. Qeyd edək ki, ötən ilin may ayı ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında azalma olsada, sığorta haqlarının məbləğində 73% artım müşahidə edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 81,34%-i yaşayış evləri və mənzillər, 1,1%-i inzibati binalar, 17,56%-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur.