Daşınmaz əmlakın icbari sığortası bazarı 54%-dən çox böyüyüb | Banco.az

Daşınmaz əmlakın icbari sığortası bazarı 54%-dən çox böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-avqust aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 63 milyon 403 min manat sığorta haqqı yığılıb.  

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, illik müqayisədə 22,3 milyon manat və ya 54,3% çoxdur.

Son 1 ildə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 3 milyon 994 min manat artaraq 4 milyon 737 min manata çatıb.

Qeyd edək ki, ötən ilin eyni dövründə bu növ üzrə yığımların məbləği 41,2 milyon manat, ödənişlərin məbləği isə 747 min manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram