“Cybernet” şirkəti əlil uşaqları bayram münasibətilə təbrik etmişdir | Banco.az

“Cybernet” şirkəti əlil uşaqları bayram münasibətilə təbrik etmişdir

"Synergy Group"un üzvü olan “Cybernet” şirkəti “Müşviq” adına Qaradağın Əlil Uşaqlarına Yardım İctimai Birliyində təlim keçən əlil uşaqları və onların ailələrini Qurban bayramı münasibətilə təbrik etmişdir.

“Cybernet” şirkətinin bu təşəbbüsünü yüksək qiymətləndirən İctimai Birliyin sədri Validə Abbasova bu aksiyanın müəssisənin yetirmələri və onların ailələrinə qarşı sosial məsuliyyətin yüksək təzahürü kimi dəyərləndirmişdir. O, qayğı və diqqətə ehtiyacı olan əlil uşaqların cəmiyyətə inteqrassiyasından danışarkən cəmiyyətin də bu insanlara “inteqrasiyasını” vacibliyini qeyd etdi və son 15 ildə görülən işlərdən söhbət açdı.

Ən sərfəli kredit üçün müraciət et

Cybernet şirkətinin nümayəndələrinin əlil uşaqların ailələri və tərbiyəçiləri ilə görüşü zamanı bu uşaqların cəmiyyətə uyğunlaşdırılmasının əhəmiyyətindən danışılmış, müəssisədə çalışan tərbiyəçilərə və təlim keçən uşaqların valideyinlərinə bu işdə uğurlar arzulamışdır. 

   

Ən sərfəli krediti almaq üçün müraciət et