“Coinbase” 10 mindən çox istifadəçinin məlumatlarını paylaşdı | Banco.az

“Coinbase” 10 mindən çox istifadəçinin məlumatlarını paylaşdı

Şimali Kaliforniya IRS ilə məhkəmədə yaşadığı qalmaqaldan sonra məşhur kriptovalyuta bazarı “Coinbase”-in 10 mindən çox istifadəçisinin şəxsi məlumatlarını və əməliyyat keçmişini paylaşması əmrini verdi – amma vəziyyət çox daha pis ola bilərdi.

Vergi məmuru

“The Beatles”-ın mahnısında olduğu kimi:

If you drive a car, I’ll tax the street,

If you try to sit, I’ll tax your seat.

If you get too cold, I’ll tax the heat,

If you take a walk, I’ll tax your feet.

(avtomobil sürsən, yollara vergi qoyacam,

Oturmaq istəsən, oturacaqlara vergi qoyacam,

Üşüsən, istiliyə vergi qoyacam,

Yerisən, ayaqlarına vergi qoyacam).

İndi bunu da əlavə etmək olar: “Coinbase”-dən istifadə etsən, ticarətinə vergi qoyacam”.

Təxminən 13 min istifadəçinin “The Internal Revenue Service” – ABŞ vergi dairəsi və məclisin rəsmi vergi məmurları – tərəfindən çağırıldığı haqqında “Coinbase”-ə xəbər verildi.

ABŞ məhkəməsinin qərarında qeyd edildiyi kimi, IRS bütün “Coinbase” istifadəçilərinin son bir neçə ildəki əməliyyatlarını əhatə edən qeydlərini istədi. Ancaq birja bunu qəbul etmədi və bu da IRS-ın sayı diqqət çəkici şəkildə azaltmasına səbəb oldu. Şimali Kaliforniya kriptovalyuta gəlirlərindən dolayı yaranan vergi məsuliyyətini yerinə yetirməyən “Coinbase”-in 10 min istifadəçisinin məlumatlarını istədi.

Birjanın IRS ilə paylaşdığı məlumatlar istifadəçilərin “vergi nömrələrini, ad, doğum tarixi, ünvan və yüksək məbləğlərlə ticarət edən istifadəçilərin 2013-2015-ci illər arasındakı əməliyyatlarını” əhatə edir.

IRS ilə mübarizə aparmaq heç kimin xoşuna gəlməsə də, “Coinbase”-in istifadəçilərini övlətin vergi məmurlarından qorumağa çalışması diqqət çəkir. Birja bunu belə izah edib:

“2016-cı ilin dekabrında IRS “Coinbase”-dən təxminən 500 min istifadəçinin fərdi məlumatlarını tələb etdi. “Coinbase” həm istifadəçilərini, həm də bütün sənayeni dövlət tərəfindən əsassız müdaxilədən qorumaq üçün məhkəmədə qaldı”.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, “Coinbase” ilk itaətsizliyinin nəticəsinin zəfər olduğunu düşünür:

“Uzun əməliyyatlardan sonra, məhkəmə hələ diqqət çəkicidir, lakin əvvəlkindən daha çox şəxsin və bu da “Coinbase” və istifadəçiləri üçün uğur deməkdir. Qərara görə, “Coinbase” 13 min şəxs haqda yalnız müəyyən kateqoriyalarda məlumat paylaşacaq”.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az