Çinli subaylar milyardlıq alış-veriş etdi. | Banco.az

Çinli subaylar milyardlıq alış-veriş etdi.

Çin "Subaylar günü"ndə rekord səviyyədə pul xərclədi.

Dünən Çində "subaylar günü" idi və dünən Çin əhalisi online alış-veriş nəticəsində tam 5,7 milyard dollar xərcləyib. Bununla da Çin yeni bir dünya rekoruna imza atdı.

Ən sərfəli kredit üçün müraciət et

Dünyada online ticarətin qabaqcıllarından olan "Alibaba.com" -un Taobao və T-mall adlı alver portallarında dünən "Alipay" adlı online ödəmə sistemi üzərindən 35 milyard yüenlik (5,7 milyard dollar) əməliyyat həyata keçirildi. 127 milyon aktiv istifadəçi tərəfindən edilən alış-verişin 20%-i mobil internet vasitələri tərəfindən reallaşdırıldı.

Ən sərfəli krediti almaq üçün müraciət et