Çində sənaye şirkətlərinin mənfəəti 3 faizdən çox artıb | Banco.az

Çində sənaye şirkətlərinin mənfəəti 3 faizdən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində sənaye şirkətlərinin mənfəəti 5 ayda 3,4 faiz artıb.

Banco.az xəbər verir ki, Milli Statistika Bürosunun (UIB) məlumatına görə, ölkədə illik dövriyyəsi 20 milyon yuanı (təxminən 2,75 milyon dollar) keçən sənaye müəssisələrinin ümumi mənfəəti 2024-cü ilin yanvar-may aylarında 2,75 trilyon yuana (təxminən 380 milyard dollar) çatıb.

41 biznes sahəsindən 32-də gəlirlilik artsa da, ilk 4 aydakı 4,3 faizlik artım tempindən geri qalıb.

Xatırladaq ki, Çində sənaye müəssisələrinin mənfəəti 2023-cü ildə əvvəlki ilə nəzərən 2,3 faiz azalmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et