Çində inflyasiya gözlənilən qədər artım göstərməyib | Banco.az

Çində inflyasiya gözlənilən qədər artım göstərməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində inflyasiya ötən ay 0,2 faiz artım göstərib.

Banco.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun çərşənbə günü açıqladığı məlumata görə, ölkədə istehlak qiymətləri inflyasiyası iyun ayında bir il əvvələ nəzərən 0,2 faiz artıb.

İqtisadçılar bu dövrdə Çinin istehlak qiymətləri indeksinin illik 0,4 faiz artacağını gözləyirdilər. Odur ki, nəticələr proqnozlara uyğun gəlməyib.

Ancaq ölkədə istehsalçı qiymətləri proqnozlara uyğun olaraq geriləyib. Belə ki, məhsulun fabrik-zavod qiymətlərini ölçən istehsalçı qiymətləri indeksi bir il əvvəllə müqayisədə 0,8 faiz azalıb.

Daha çox dəyişkən qida və enerji qiymətlərini istisna edən baza inflyasiya isə iyun ayında illik müqayisədə 0.6 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bəzi ekspertlər Çində deflyasiya riskinin azalmadığını və daxili tələbin zəif olaraq qaldığını düşünür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et