Çin Mərkəzi Bankı faiz dərəcəsini dəyişməz saxlayıb | Banco.az

Çin Mərkəzi Bankı faiz dərəcəsini dəyişməz saxlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Mərkəzi Bankı bir illik ortamüddətli kredit faiz dərəcəsini 2,3 faiz səviyyəsində saxlayıb.

Banco.az xəbər verir ki, Çin Mərkəzi Bankı (PBOC) son iclasdakı azalmanın ardından faiz dərəcələrini bazar proqnozlarına uyğun olaraq sabit saxlayıb.

PBOC iyul ayında 20 baza bəndi aşağı saldığı bir illik ortamüddətli kredit faiz dərəcəsini bu iclasda 2,3 faiz səviyyəsində saxlayıb.

Bank yeddi günlük tərs repo dərəcəsini daha çox ön plana çıxararkən siyasət aləti kimi orta müddətli kredit imkanlarının rolunu azaldacağına işarə edib.

PBOC ötən aya nəzərən dəyişmədən 2,3 faiz nisbəti tətbiq etməklə banklara orta müddətli kredit imkanları vasitəsilə maliyyə sisteminə 300 milyard yuan dəyərində vəsait daxil edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bank bu ayın əvvəlində verdiyi açıqlamada kommersiya kreditorlarına bir illik likvidliyin verilməsi tarixini avqustun 15-dən 26-na keçirəcəyini bildirmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram