Çinin İnformasiya Texnologiyaları və Sənayenin İnkişafı Mərkəzi (CCID) kriptovalyuta üzrə noyabr ayı üçün tərtib etdiyi rəsmi reytinqini açıqladı. May ayından etibarən tərtib edilən sayca 7-ci reytinqdə 33 kriptovalyutanın 3 əsas kateqoriya – baza texnologiyası, tətbiqi və innovasiya üzrə göstəriciləri nəzərə alınır. İlk beşlikdə yer alan kriptovalyutalar: Eos, Ethereum, GXChain, Komodo, Ontology. Çinli eksertlər hesab edir ki, rəqəmsal valyutalar içərisində EOS ən çox prespektivi olan kriptovalyutadır.
Dekabr üzrə reytinqdə GXChain 6-cı yerdən 3-cü yerə, Komodo 12-dən 4-ə, Ontology isə 5-ci yerə qalxıb. Bitcoin 13-cu yerdən 18-ci yerə, Ripple 10-dən 19-a düşüb.
Xatırladaq ki, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi kriptovalyutalar üzrə reytinqi 2018-ci ilin may ayından etibarən dərc etməyə başlayıb. Bununla da Çin, kriptovalyutaların rəsmi hökumət reytinqini dərc edən ilk ölkə oldu.
Kriptoinvest.az