ChatGPT ilə fəst-fud rəqabətinə daha bir marka qoşulub | Banco.az

ChatGPT ilə fəst-fud rəqabətinə daha bir marka qoşulub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Subway” də ChatGPT-nin köməyi ilə “Burger King” və “McDonald's” arasındakı rəqabətə qoşulub.

Banco.az xəbər verir ki, fəst-fud nəhənləri “McDonald's” və “Burger King” arasında uzun müddətdir davam edən rəqabətə yeni oyunçu qoşulub.

Belə ki, “McDonald's” və “Burger King” reklamlarında verilən suallara cavab olaraq “Subway” isə ChatGPT-dən “McDonald's”ın Big Mac və “Burger King”in Whopper burgerləri ilə “Subway”in Footlong burgeri müqayisə edildikdə, hansının daha böyük olduğunu soruşub.

ChatGPT-nin cavabı belə olub: "Ölçü baxımından hər ikisi Footlong sendviçindən əhəmiyyətli dərəcədə kiçikdir."

“Subway”in Böyük Britaniya və İrlandiya üzrə Marketinq Direktoru Kirstey Elston məsələyə belə yanaşıb:

Ən sərfəli kredit üçün müraciət et

“Əfsanəvi sendviçlər haqqında müzakirə aparılacaqsa, “Subway” əlbəttə ki, qoşular. Hətta ChatGPT belə bizim Footlongs-larımızın ən böyük və ən yaxşı sendviç olduğunu bilir!”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram