Cənubi Koreyada inflyasiya 11 ayın ən aşağı səviyyəsinə düşüb | Banco.az

Cənubi Koreyada inflyasiya 11 ayın ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cənubi Koreyada inflyasiya 11 ayın ən aşağı səviyyəsinə geriləyib.

Banco.az xəbər verir ki, rəsmi məlumatlara görə, Cənubi Koreyada istehlak inflyasiyası tədarük təzyiqləri azaldığı üçün iyunda 11 ayın ən aşağı səviyyəsinə düşüb.

Proqnozlardan aşağı olan inflyasiya qanunvericilər üçün müəyyən rahatlıq yaradıb.

Koreya Statistika Təşkilatına görə, istehlak qiymətləri indeksi (CPI) iyun ayında əvvəlki illə müqayisədə 2,4 faiz artıb. Bu, 2023-cü ilin iyul ayından bəri qeydə alınan ən aşağı göstəricidir.

May ayında 2,7 faizlik artım reallaşmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ölkənin maliyyə nazirinin müavini qiymətləri nəzarətdə saxlamaq üçün siyasət tədbirlərinin davam edəcəyinə söz verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et