Almaniya Mərkəzi Bankı və ya Bundesbank 2015 və 2016-cı illər üçün ölkə iqtisadiyyatı ilə bağlı açıqlama verib. Açıqlama kifayət qədər maraqlı olub.
Bankdan bildirilib ki, daxili və xarici tələbatın artması Almaniya iqtisadiyyatını Avropa ölkələri arasında liderə çevirə bilər. Proqnozlara inansaq, Almaniya ÜDM-in həcmi 2015-ci ildə 1.7%, 2016-cı ildə 1.8% və 2017-ci ildə 1.5% artacağı gözlənilir.
Mərkəzi Bank özü haqqında artım faizini bu il üçün 1%, gələn il üçün isə 1.6% olarq qiymətləndirib.
“Ölkə iqtisadiyyatı 2014-cü ildəki durğunluğu artıq geridə qoyur” deyə əlavə olunub.