Bu uçan avtomobilə yola çıxmaq üçün rəsmi icazə verildi | Banco.az

Bu uçan avtomobilə yola çıxmaq üçün rəsmi icazə verildi

Tamara Mustafayeva, Banco.az

Hollandiyanın uçan avtomobil istehsalçısı Pal-V şirkəti ötən həftə "Liberty" adlı uçan avtomobilin Avropada müvafiq testlərdən keçdiyini və rəsmi qeydiyyat nömrəsi ilə həm küçələrdə, həm də magistral yollarda sürülməsinə icazə verildiyini elan edib.

Şirkətin "dünyanın ilk uçan avtomobili" kimi qeyd edilən kommersiya məhsulu "The Liberty" ictimai yollarda sürücülük icazəsi almaq üçün bu ilin fevral ayından bəri müxtəlif sınaqlardan keçir.

Sözügedən avtomobil qaz mühərriki ilə işləyir və yolda 1315 km məsafə qət edə bilir. Havaya qalxmaq üçün 180-330 metrlik, eniş üçün isə təqribən 30 metrlik meydançaya ehtiyac duyur. Şirkət 2022-ci ildə hazır məhsulu təqdim etməyi planlaşdırır.

Həmçinin oxu: Türkiyənin ilk uçan avtomobili sınaq uçuşu həyata keçirdi

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram