Bu sözlər sizi mürəkkəb cümlələr qurmaqdan xilas edir | Banco.az

Bu sözlər sizi mürəkkəb cümlələr qurmaqdan xilas edir

Aida İsaq, Banco.az

Hərdən "Hazırda hiss etdiklərimi yalnız bir sözlə ifadə edə bilsəydim" deyə düşündüyümüz zamanlar olur. Dünyanın müxtəlif dillərində bunun bir çox nümunələri var. Yəni fikrimizdə olanları, düşündüklərimizi, hiss etdiklərimizi bir neçə cümləylə izah etmək əvəzinə cəmi bir kəlməylə də ifadə etmək mümkündür. Elə isə bunlardan bir neçəsinə nəzər yetirək. Təbii ki, hər biri fərqli dillərdən götürülüb.

Fernweh (almanca): Fernweh əvvəllər heç tanımadığın, gedib görmədiyin yerlərə olan həsrəti ifadə edir. Zaman zaman səyahət həvəskarlarının yaşadığı bu duyğu bir söz olsaydı, fernweh deyə səslənə bilər.

Sobremesa (ispanca) Yemək bitdikdən sonra da masada oturmağa və maraq dolu söhbətlərə davam etmək deməkdir. Yemək yedikdən sonra masadakı gülüş dolu söhbətləri və içilən çayları xatırladınızmı?

Gökotta (isveç) Şəhər hələ oyanmadığı bir vaxtda quşların səslərinə qulaq asmaq üçün heç yuxunuzdan ayıldınızmı? "Gökotta" həmin o hüzurlu anı ifadə edir.

Litost (çex) Bu söz insana çarəsizliyini dərk etməsini və nəticədə özünə əziyyət verməsini bildirir.

Pochemuchk (rus) Bu kəlimə həddindən çox sual verən insanları ümumiləşdirir.

Esprit de l'eslacier (fransızca) Hər hansısa bir müzakirədə və ya mübahisə zamanı deməli olduğunuz sözlərin sonradan ağlınıza gəlməsini bildirir. Bir növ "mən bunu niyə həmin vaxt demədim?" deyə keçirdiyiniz həmin o hissi bu sözlə ifadə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Lagom (isveç) İsveç dilində "nə çox, nə az, tam həddində" deməkdir. Həyatın mürəkkəbliyində tarazlıq tapmaqla xoşbəxtliyə çatmaq deməkdir. Demək olar ki, hər mövzuda həddini aşmamaqla orta nöqtəyə yetişmək "laqom"un çatdığı deməkdir.

Schadenfreude (alman) Başqasının başına gələn pis və uğursuz bir hadisə səbəbindən məmnunluq və sevinc hissini keçirmək deməkdir.

Tsundoku (yapon) Yapon dilindən bu söz kitab almaq, yığmaq və sonradan oxumamaq olaraq tərcümə olunur. Əlbətdə ki, bir çoxumuzun qarşımıza çıxan zaman alıb yığdığımız və oxumadığımız kitablar var. Tsundoku bu vəziyyəti izah edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram