Böyük texnologiya şirkətləri işçilərinin məhsuldarlığı koronavirus pandemiyası zamanı evdən işləyərkən də yüksək olaraq qalır.
Bu barədə Business Insider araşdırma edib.
Nyu-York vençur fondunun nümayəndələri əmindirlər ki, pandemiya nəticəsində daha çevik bir biznes modeli meydana çıxacaq.
Təxminən 136 min işçisi olan Oracle şirkətinin rəhbərliyi bir daha ofisdən işləməyəcəyini açıqlayıb. Ayrıca, Oracle Direktorlar Şurasının sədri Larri Ellison rabitənin keyfiyyətinə görə YouTube və Zoom xidmətlərinə təşəkkür edib.
SAP Rimini Stree texnolojı xidmət provayderinin rəhbəri Set Ravin isə bütün işçilərin ofisdə olmasının zəruri olmadığını və şirkət əmlakının təxminən yarısına ehtiyac duyulmadığını bildirib.
Ted
Bizi sosial şəbəkələrdən izləyin!!