Bu şirkətin CEO-su 11 illik vəzifəsindən istefa edib | Banco.az

Bu şirkətin CEO-su 11 illik vəzifəsindən istefa edib

“Microsoft”-un törəmə şirkəti “LinkedIn” CEO-su Ceff Veiner (Jeff Weiner) 11 illik vəzifəsindən istefa etmək qərarına gəlib.

Image result for jeff weiner

Banco.az xarici mətbuata istinadla bildirir ki, 2008-ci ildə icrasına başladığı vəzifəsini tərk etməyə qərar verən Veinerin yerinə hazırda şirkətin məhsul departamentinin vitse-prezidenti olan Rayan Roslanski (Ryan Roslansky) keçəcək.

LinkedIn platformasının təsisçisi Rid Hofman (Reid Hoffman) ilə birlikdə Ceff Veiner şirkətin gəlirlərini ildə 7.5 milyon dolardan 78 milyon dollara çatdırarkən istifadəçi sayını da 33 milyondan 675 milyona qədər artırmağa nail olmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Ceff Veiner vəzifəsindən istefa etməsi ilə bağlı işçilərə ünvanlanan br məktub qələmə alıb. Məktubda deyilir:

“Bu günə qədər nail olduğumuz uğurların böyüklüyünə və yaratdığı təsirlərə baxmayaraq, bir çox baxımdan hələ yeni başlayırıq.”

O, həmçinin doğru vaxtda doğru şirkət üçün məhz doğru işləri görməyin ona qazandırdığı məmnunluq hissindən də bəhs edərkən vəzifəsini də öz istəyi ilə tərk etdiyini bildirib.

Həmçinin oxu: MÜTLƏQ istifadə etməli olduğunuz 6 LinkedIn tətbiqi

Tamara Mustafayeva, Banco.az