Bu şirkətdə məsafədən iş rejimi 2021-ci ilin yayına qədər uzadıldı | Banco.az

Bu şirkətdə məsafədən iş rejimi 2021-ci ilin yayına qədər uzadıldı

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın texnologiya nəhəngi Google şirkəti yeni növ koronavirus pandemiyası səbəbilə başlatdığı məsafədən iş rejimininin müddətini 30 iyun 2021-ci il tarixinə qədər artırıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkətin CEO-su Sundar Pichai məsələ ilə bağlı işçilərə e-mail göndərib.

Pichai, "Ofisdə zəruri işi olmayan şəxslər üçün qlobal miqyasda könüllü məsafədən iş rejimi müddətini 30 iyun 2021-ci il tarixinədək uzadırıq.", deyə bildirib.

Məsafədən iş təcrübəsi ilə bağlı hələ də çox şey öyrəndiklərini vurğulayan Pichai bu müddət ərzində öyrəndiklərindən şirkətin gələcək iş rejimi qərarlarında istifadə ediləcəyini də söyləyib.

Google şirkətinin sözügedən qərarının təqribən 200 min tamştatlı və müqavilə əsasında işləyən əməkdaşlarının demək olar ki, hamısına şamil ediləcəyi bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Google Maps-dən YENİLİK - Canlı Görünüş funksiyası

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram