Bu şirkət ovuc izi ilə ödəniş imkanı yaradacaq | Banco.az

Bu şirkət ovuc izi ilə ödəniş imkanı yaradacaq

Tamara Mustafayeva, Banco.az

Ödəmə sistemlərini vaxt keçdikcə daha da təkmilləşdirən Amazon şirkəti Sietl şəhərində fəaliyyət göstərən iki mağazasında müştərilərin ovuç içi ilə ödəniş etməsinə imkan yaradır. E-ticarət nəhəngi müştərilərin əllərini oxuyucunun qarşısında sallayaraq ödəniş edə bilmələri üçün ovuc izini plastik kartla əlaqələndirən təmassız "Amazon One" ödəmə sistemini sınaqdan keçirir.

Şirkət bu texnologiyanın bir müddət sonra iyirmidən çox Amazon Go mağazasında istifadə ediləcəyini və digər pərakəndə şirkətlərini də təşviq edəcəyini söyləyib.

Müştərilər sözügedən iki mağazadan hər hansı birinə gedərək istifadə etdikləri plastik kartın məlumatlarını və mobil nömrələrini cihaza daxil etməklə və biometrik oxuyucuda ovuc içlərini oxutmaqla qeydiyyatdan keçə bilirlər. Qeydiyyatdan keçirilən ovuc izi Amazon One ID-ə bağlanır. Şirkət bu prosesin bir dəqiqədən daha az çəkdiyini və müştərilərin hər iki ovuc izlərini də qeydiyyatdan keçirə biləcəklərini bildirib.

Əgər müştəri Amazon One qeydiyyatını ləğv etməyə qərar verərsə və ya iki il ərzində Amazon One cihazından istifadə etməzsə, şirkət müştəri məlumatlarının birdəfəlik silinəcəyini də vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: İlk Amazon Fresh Supermarketi bu ərazidə açıldı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram