Təbii ki, hər bir fiziki alış-veriş prosesində olduğu kimi IKEA məsullarının satışının həyata keçirildiyi mağazalarından da hər hansı birinə getmək üçün müəyyən qədər yol qət etmək lazım olur. Hətta bu şirkətin bəzi ölkələrdə fəaliyyət göstərən mağazaları şəhərdən kənarda yerləşir.
Bunu nəzərə alan IKEA firması da Memac Ogilvy reklam agentliyi ilə birlikdə həyata keçirdiyi reklam kampaniyasında Dubayda fəaliyyət göstərən mağazalarında vaxtı sözün əsl mənasında pula çevirir. Mebel nəhəngi müştəriləri IKEA-ya gəldikləri və bunun üçün öz vaxtlarını sərf etdikləri üçün mükafatlandırır.
Belə ki, Buy with Your Time (Vaxtınızla Satın Alın) kampaniyasında qiymət etiketlərinə vaxt meyarı da əlavə edilib. Müştərilərin mağazaya çatana qədər sərf etdikləri vaxt isə Google Maps vasitəsilə müəyyən edilir və məhsullara endirim tətbiq edilməsi üçün pula çevrilir. Vaxtın pula çevrilməsində Dubaydakı orta əmək haqqı göstəricisi də nəzərə alınır.
Şirkət bu kampaniya ilə bağlı belə bir açıqlama edib:
“Müştərilərimizin məhsullarımızı əldə etmək üçün sərf etdikləri müddəti onlara geri ödəyərək doğru addım atdığımızı düşünürük.”
Həmçinin oxu: IKEA yeni reklamları ilə bahalığa qarşı çıxır
Tamara Mustafayeva, Banco.az