Bu şirkət koronavirus böhranından xilas olmaq üçün qeyri-adi üsula müraciət edib | Banco.az

Bu şirkət koronavirus böhranından xilas olmaq üçün qeyri-adi üsula müraciət edib

Tamara Mustafayeva, Banco.az

Koronavirus pandemiyası səbəbilə bütün təyyarə səfərlərini ləğv etməli olan İngiltərənin hava yolu şirkəti British Airways maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün kolleksiyasındakı sənət əsərlərini satışa çıxaracaq.

Angry Customer Used Promoted Tweets to Chastise British Airways

Bilindiyi kimi, Covid-19 pandemiyasının bir anda dünyanın hər yerinə yayılması ilə müxtəlif tədbirlər görülmüşdü. Bu tədbirlərdən başlıcası isə yerli və xarici təyyarə səfərlərinin dayandırılması idi. Çünki Çində ortaya çıxan bu virus ənənəvi yeni il tətilində insanların səyahət etməsi səbəbilə digər ölkələrə də yayılmışdı.

Odur ki, sərhədlərin bağlanması və təyyarə səfərlərinin dayandırılması hava yolu şirkətlərini ciddi maliyyə böhranı ilə üzləşdirdi. İngiltərənin ən böyük avişirkəti hesab edilən British Airways aprel ayı ərzində 12 min insanı işdən çıxaracağını elan etmişdi. İndi isə şirkət böhrandan xilas olmaq üçün maliyyə vəsaiti axtarışına başlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, British Airways şirkəti maliyyə vəsaiti cəlb etmək məqsədilə sənət kolleksiyasındakı əsərləri satışa çıxaracaq.

Xatırladaq ki, şirkətin kolleksiyasında Damien Hirst, Peter Doig, Anish Kapoor, Chris Ofili və Tracey Emin kimi ingilis sənətçilərinin əsərləri mövcuddur. Bildirilir ki, şirkət sənətşunasları dəvət edərək kolleksiyadakı əsərlər üçün qiymət müəyyənləşdirilməsini istəyib. Bəzi əsərlərin dəyərinin 1 milyon funt sterlinqdən çox olduğu söylənilir.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin bu sənət əsərlərini auksion keçirərək satışa çıxarması və buradan əldə edilən gəliri pandemiyanın səbəb olduğu zərərləri aradan qaldırmaq üçün istifadə etməsi gözlənilir.

Həmçinin oxu: Uçuş zamanı telefonlar mütləq söndürülməlidirmi?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram