Tamara Mustafayeva, Banco.az
Microsoft şirkətinin Amerikadakı ofisləri hökumətin tətbiq etdiyi küçəyə çıxma qadağası səbəbilə mart ayından bəri bağlıdır və təbii ki, işçilər də evlərindən çalışırlar. Görünür ki, növbəti həftələrdə sözügedən qadağa götürülsə belə, şirkət bir müddət də işçilərini ofisə getməyə məcbur etməyi düşünmür.
Banco.az xarici mətbuata istinadla bildirir ki, texnologiya nəhəngi işçilərinə oktyabr ayına qədər evdən işləyə biləcəklərini bildirib.
Bu xəbəri təsdiqləyən şirkətin rəsmisi sözügedən qərarın icra edilməsi haqqında belə deyib:
“Qadağalar götürüldüyü zaman xüsusilə də zəruri vəzifələrdə çalışmayanlar üçün evdən işləmək oktyabr ayına qədər işçilərin öz istəyinə bağlı olacaq.”
Bu açıqlamadan da göründüyü kimi, ofisdə çalışması zəruri olan işçilər sözügedən imkandan yararlanana bilməyəcəklər.
Xatırladaq ki, şirkətin dünya üzrə 144 mindən çox işçisi var ki, onların 85 mini Amerikada yaşayır.
Həmçinin oxu: Microsoft işçilərinə rəqib firmaların xidmətlərindən istifadəni qadağan edir
Bizi sosial şəbəkələrdən izləyin!!