Tamara Mustafayeva, Banco.az
Dünyanın ən dəyərli markası olan Amazon şirkəti bu həftədən etibarən təhvil veriləsi sifarişlərdən bəzilərini ev heyvanınız üçün yuvaya çevirən "daha ekoloji" qutularda göndərəcək. Bu yeni qutular şirkətin karbon ayaq izini (atmosferə buraxılan karbon qazı ilə çirklənmə) azaltmağa istiqamətlənən "Daha az bağlama, daha çox təbəssüm" kampaniyasının bir hissəsi kimi nəzərdə tutulub.
Dayanıqlı gələcək formalaşdırmağa çalışan e-ticarət şirkəti bu qutuların necə dizayn edildiyini istehlakçılara çatdırmaq üçün QR Koddan istifadə edir. Bununla yanaşı, şirkət yenidən istifadə edilə bilən qutulardan istifadə etmək istəməyən müştərilərini isə təkrar istifadəyə təşviq edir.
Həmçinin oxu: Ağıllı market arabası dizayn edildi
Bizi sosial şəbəkələrdən izləyin!!