Tamara Mustafayeva, Banco.az
Amerika Birləşmiş Ştatlarında yaşayan 50 yaşlı bir adam 3 ildən sonra yenidən 4 milyon dollarlıq cekpotun sahibi olub.
Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ-da keçirilən lotereya oyunlarında cekpot qazanma şansının olduqca az olmasına baxmayaraq, bu şəxs ikinci dəfə cekpot udaraq tarixə adını yazdırıb.
Miçiqan əyalətində yaşayan Mark Clark adlı bu şəxs 3 ildən sonra ikinci dəfə 4 milyon dollar dəyərindəki böyük mükafatı - cekpotu qazanıb.
O, bu uğuru haqqında belə deyib:
"Bir dəfəyə milyonlar qazanacağınızı düşünmək imkansız səsləndiyi halda bunun ikinci dəfə baş verəcəyinə əsla inanmazsınız."
3 il əvvəl də 4 milyon dollar qazanmışdı
"Hisslərimi dilə gətirməkdə çətinlik çəkirəm", deyə bildirən 50 yaşlı Clark 3 il əvvəl yanacaq doldurma məntəqəsindən aldığı bir biletə görə 4 milyon dollar qazanmışdı. Atasının 10 il əvvəl ona verdiyi qəpiklə biletin rəqəmlər qeyd edilən hissəsini qazıdığını söyləyən Clark, "Səhhətinə görə 1 il əvvəl onu itirməli olduq", deyə əlavə edib.
Sözügedən qəpiyin cekpotu udmasına vəsilə olduğuna inanan Clark, "Bir zamanlar atamla mən balıq tutar və vaxtımızı çox gözəl keçirərdik", deyərək keçmiş həyatına geri qayıdacağını bildirib.
Həmçinin oxu: Yoxsulluqdan 9 milyard dollarlıq sərvətə gedən uğur hekayəsi
Bizi sosial şəbəkələrdən izləyin!!