Bu şəhərdə sürücülər siqnal verə bilməyəcək | Banco.az

Bu şəhərdə sürücülər siqnal verə bilməyəcək

Yolda olarkən əksər sürücülərin maşın siqnallarından hədindən çox istifadə etdiyinin şahidi oluruq. Bu isə insanların həyat şəraitini çətinləşdirərək müəyyən qədər narahatçılıq yaradır.

Banco.az xəbər verir ki, Mumbay polisi bunun qarşısını almaq üçün maraqlı üsula əl atıb. Belə ki, işıqforlara səs şiddətini ölçən desibel cihazları quraşdırılıb. Sürücülər siqnala basaraq səs desibelini 85 dB-dən yuxarı qaldırdıqda isə qırmızı işığın davametmə müddəti artır. 

Yeni cihazlar sürücülər tərəfindən təəccüblə qarşılansa da,  zaman keçdikcə alışqanlıq yaradıb. 

Ən sərfəli kredit üçün müraciət et

Interesting Engineeringin xəbərinə görə sistem artıq müsbət nəticələr verməyə başlayıb. Mumbay polisi bütün sistemi Hindistana yaymaq üçün işləri davam etdirir.

Qeyd edək ki, 20 milyondan çox əhalisi olan Hindistanın Mumbay şəhəri dünyanın aktiv nöqtələrindən biridir. Maşın siqnallarının yaratdığı səs izdihamı isə orada rast gəlinən ən böyük problemlərdən biridir.

Aida İsaq, Banco.az