"Elə adamlar var idi ki, lisenziya almaq üçün illərnən cavab gözləyirdi" bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli deyib.
Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasında dəyişiklər baş verəndən sonra sığorta sahəsində dəyişiklər baş verib.
"Biz artıq bu dəyişikləri hiss eləməyə başlıyırıq. Çünki artıq dünəndən uzun müddətdir sığorta vasitəçilərinə verilməyən lisenziyalar artıq verilməyə başladı. Artıq 63 lisenziya verildi və bu proses də davam etdirilir. Həm fiziki həm də hüquqi şəxs vasitəçilərinə lisenziyalar verilməyə başladı. Bu sığorta bazarında müsbət bir effektdir. Elə adamlar var idi ki, illərnən cavab gözləyirdi. Bundan əlavə, sığorta bazarı qərarı gözləyən bir çox məsələlər var. Burada müxtəlif sığorta növlərinə qaydaların təstiqi, yəni sığorta şirkəti yeni bir sığorta növü ilə məşğul olmaq istəyir. Qanunvericiliyə əsasən sığorta növləri üzrə qaydalar tərtib olunmalıdır, bu nəzarət orqanında təstiq edildikdən sonra sığorta şirkəti bu fəaliyyət növü ilə məşğul olmağa başlayır. Təsəvvür edin ki, onlarla elə bir qayda sığorta şirkətləri tərəfindən nəzarət orqanlarına göndərilmişdi amma təstiq olunmurdu. Artıq biz yaxın günlərdə həmin o qaydaların təstiqini gözləyirik. Bundan əlavə olaraq, sığorta şirkətlərin maraqlandıran bir çox investisiya qaydaları var, hansı ki, sığorta şirkətlərin fəaliyyətinin tənzimləyən önəmli qaydalardan biridir. Sığorta ehtiyatların hesablanması üzrə qaydalar var. Bu qaydalarda ciddi dəyişiklik edilməsi təklif olunub, sığorta şirkətlər tərəfindən. Bu dəyişiklərin təstiqini biz yaxın günlərdə gözləyirik. Ümumilikdə isə təbii ki, sığorta bazarını tənzimləyən əsas amillərdən biri dövlətin bu sahədə olan stimullaşdırıcı istiqamətidir. O da ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından asılıdır".
Fins.az