Tamara Mustafayeva, Banco.az
Hindistan hökuməti Çin ilə aralarında davam edən siyasi gərginlik fonunda iqtisadi boykot üçün ilk addımı atıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Hindistan hökuməti əhalinin böyük əksəriyyəti tərəfindən istifadə edilən Çin mənşəli mobil tətbiqləri təhlükəsizlik tədbirləri çərçivəsində qadağan edib.
Hindistan Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən mətbuata edilən açıqlamaya görə, Android və iOS platformalarında istifadə edilən bəzi mobil tətbiqlərin istifadəçi məlumatlarını oğurladığı və Hindistandan xaricə çıxardığı iddia edilib.
Hindistanda qadağan edilən sözügedən tətbiqlərə Tiktok, CamScanner, Clash of Kings, Mobile Legends, WeChat və Clean Master kimi dünyada olduqca populyar olan mobil tətbiqlər də yer alıb.
Həmçinin oxu: Artıq Instagram "Shopping" funksiyasından daha çox satıcı faydalanacaq
Bizi sosial şəbəkələrdən izləyin!!