Tamara Mustafayeva, Banco.az
Hindistan hökuməti Çinə məxsus 118 mobil tətbiqin istifadəsini qadağan edib. Sözügedən tətbiqlərin arasında PUBG də var.
Dünyanın böyük ölkələri arasında yaşanılan münaqişələr mobil tətbiqlərə və internet xidmətlərinə sanksiya qoyulmasına gətirib çıxarır. ABŞ və Çin arasındakı problemlərin Huawei və TikTok üçün mənfi təsirlərini bu vəziyyətə ən bariz nümunə hesab edə bilərik. Son dövrlərdə Çin ilə münaqişə şəraitində olan ölkələrin sırasına Hindistan da qatılıb. Çindən sonra əhali sayına görə dünyanın ən böyük ikinci ölkəsi olan Hindistan tətbiq etdiyi sanksiyalar ilə gündəmə gəlib.
Cənubi Asiya ölkəsinin bu yaxınlarda Huawei markasının 5G cihazlarına qadağa qoyacağına dair xəbərlər yayılmışdı. İndi isə bir çox populyar mobil tətbiq Hindistan hökuməti tərəfindən qadağan edilib.
PUBG ilə yanaşı Baidu, CamCard, Cut Cut, Tencent Weiyun, Zakzak, Rise of Kingdoms və VooV gibi digər məşhur tətbiqlər də sanksiya qərarına məruz qalıblar. Qeyd edək ki, sözügedən tətbiqlərin qadağan edilməsinin əsas səbəbi kimi ölkənin suverenliyi, bütövlüyü və müdafiəsinə, həmçinin ictimai həyatına zərər vurması göstərilib.
Həmçinin oxu: Son dövrlərin ən populyar oyunu PUBG necə yarandı?
Bizi sosial şəbəkələrdən izləyin!!